Biləsuvarda gömrükdə 6 maşın yanıb külə döndü – YENİLƏNİB +Fotolar

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığındakı avtomobil dayanacağında yanğın zamanı xəsarət alan olmayıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində bir neçə avtomobil yanıb:

“Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib”.

Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

16:49

Biləsuvarda gömrük məntəqəsində altı maşın yanaraq külə dönüb.

Bununla bağlı görüntüləri Oxu.Az-ın mobil reportyor rubrikasına Asiman Niftullazadə göndərib.

Yanan maşınların İrana gedən azərbaycanlı vətəndaşlara məxsus olduğu bildirilir.

Sozcu.az