Beyrutdan Azərbaycana qarşı hörmətsizlik – FOTOLAR

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki seperatçı rejim adından Livanın paytaxtı Beyruta humanitar yardım göndərilib.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan paylaşıb.

Paşinyan qeyd edib ki, yardımlar “Artsax xalqı” (Qarabağ) adından göndərilib.
Yayılan məlumatlarda bildirilir ki, seperatçı rejimin göndərdiyi yardımlar Beyrut şəhərinə çatıb və Livan rəsmiləri Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirərək üzərində seperatçı rejimin bayrağının əks olunduğu yardımları qəbul ediblər.
Onu da bildirək ki, ötən həftə Azərbaycan Beyrutada baş verən dəhşətli parlayışa görə Livana 1 milyon dollar yardım edib.

Məlumat üçün bildirək ki, ötən həftə Livanın paytaxtı Beyrut şəhərində dəhşətli parlayış baş verib. Partlayışdan ən çox zərər görən Beyrutda ermənilərin ən çox məskunlaşdığı Burc Hamod rayonu olub. Bələdiyyə başçısı milliyətcə erməni olan Burc Hamod rayonunda ilk erməni terror təşkilatları hesab olunan “Daşnaksütun” və “Hnçak”ın qərargahları yerləşir. Birinci Qarabağ müharibəsi zamanı Dağlıq Qarabağda Azərbaycanlılara qarşı döyüşən erməni terrorçulardan bəziləri də məhz Burc Hamod rayonunun sakinləri olub.

Onların arasında ən məşhuru Vazgen Sislyandır. Bu terrorçu 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə daxil olaraq 60 nəfəri girov saxlayıb. 1991-ci ildə Budapeştdə Türkiyə səfirinə qarşı sui-qəsd həyata keçirib. 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın əsas iştirakçısı olub. Ermənistanın sabiq prezidenti Robert Koçaryan tərəfindən “Qarabağ qəhrəmanı” adına layiq görülüb və bu terrorçu hazırda həm Livan (Burc Hamodda qeydiyyatdadır), həm də Ermənistan vətəndaşıdır.

Bundan başqa Burc Hamod rayonu uzun illər “ASALA” terror təşkilatının mənzil-qərargahı olub. Qarabağda Azərbaycana qarşı döyüşən daha bir terrorist Monte Melkonyan da uzun illər məhz Burc Hamod rayonunda yaşayıb və daha sonra Qarabağa gəlib.yeniavaz

Facebook Comments