Beynəlxalq reytinq agentliyindən manatla bağlı PROQNOZ

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi dəyişkən neft qiymətləri mühitinə baxmayaraq, Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə stabil qalaraq 1,7 səviyyəsində olacağını gözləyir.

Sozcu.az-ın xəbərinə görə, bu stabillik, Azərbaycanda valyuta bazarına müntəzəm olaraq dövlət müdaxilələrinin dəstəyi ilə təmin ediləcək.

Agentliyin gözləntilərinə əsasən, neftin qiymətiuzun müddət aşağı olarsa, ölkə valyuta ehtiyatlarının 2015-ci ildəki kimi bənzər bir itkisinin qarşısını almaq üçün məzənnəni tənzimlənməyə bilər.

Qeyd edək ki, “S&P” bundan əvvəlki qiymətləndirilməsində manatın məzənnəsini dövri fiksasiya ilə çevik məzənnə rejimi kim təsvir etmişdi.

Facebook Comments