Beyl “Real”dan ayrılır? – açıqlama

Conatan Barnett agenti olduğu “Real”ın futbolçusu Qaret Beylin Madrid klubundan mümkün gedişinə münasibət bildirib.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib: “Beyl Madriddə istədiyi qədər qalacaq. Qaret gözləyəcək və vəziyyətin necə inkişaf edəcəyinə baxacaq”.

Qeyd edək ki, Beyllə yenidən baş məşqçi vəzifəsinə təyin olunan Zinəddin Zidan arasında münasibətlər ötən mövsümün sonu pisləşmişdi. Həmin vaxt fransalı mütəxəssis Madrid klubundan ayrıldığı üçün uelsli oyunçu komandada qalmışdı.(Qol.az)