Beyl “Real”da qalmaq istəyir

“Real”ın futbolçusu Qaret Beyl Madrid klubunda qalmaq istəyir.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə uelsli hücumçunun agenti Barnett məlumat verib: “Qaret komandada qalmaq istəyir. Zinəddin Zidanın onu istəyib-istəmədiyini bilmirəm. Beylin 2020-ci ilin iyununa kimi müqaviləsi var və o vaxta kimi komandada qalmaq istəyir. O, dünyanın ən yaxşı 3-4 oyunçusundan biridir”.

Qeyd edək ki, “Real”ın Beyli satacağı iddia olunur.(Qol.az)