Beyl Çinə gedir?

“Real”dan ayrılacağı gözlənilən Qaret Beyl karyerasını Çində davam etdirə bilər.

Sozcu.az-ın İspaniyanın “Estadio” radiosuna istinadən yaydığı xəbərə görə, uelsli futbolçunun meneceri Conatan Barnett Çin klublarından biri ilə danışıq aparır. İddiaya görə, 28 futbolçunun Beynəlxalq Çempionlar Kubokunda “Bavariya” ilə oyunda (1:3) meydana çıxmamasını “kral klubu”nun rəhbərliyindən məhz agenti xahiş edib.

Qeyd edək ki, bir neçə gün öncə Çinin “Tsyansu Sunin” klubunun Beylə illik 17 milyon avro maaş verməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.(Qol.az)