“Beşiktaş”da yeni hücumçu

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi “Sportinq”dən Abdula Diabini transfer etməyə yaxındır.

28 yaşlı hücumçunun Türkiyəyə getdiyi, tibbi müayinədən sonra isə 1 illik müqavilə imzalayacağı bildirilir. Malili oyunçu “Beşiktaş”da icarə əsasında çıxış edəcək.(Qol.az)

Facebook Comments