“Beşiktaş” Abdullah Avcı ilə razılığa gəldi

“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sozcu.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “qara qartallar” “Başakşəhər”in çalışdırıcısı Abdullah Avcı ilə razılığa gəlib. Razılığa əsasən, 55 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanacaq.
A.Avcının artıq hazırkı klubu ilə yolları ayırmaq üçün danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, “Beşiktaş”ı son olaraq Şenol Günəş çalışdırıb. O, bu mövsümün sonu klubdan ayrılıb.(Qol.az)