Beren Saatla Kənan Doğulu boşanır?

Uzun müddət boşanma xəbərləri ilə gündəmdən düşməyən aktrisa Beren Saat ilə müğənni Kənan Doğulu son günlər mehriban münasibətləri ilə diqqət çəkirdi.

Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, onların yenidən ayrılıq ərəfəsində olduğu iddia edilib. Beren təəccüli kirayə ev axtarışına çıxıb.

“Kanal D”də yayımlanan “2. Sayfa” proqramında onların yenidən mübahisə etdiyi bildirilib. Evlilik həyatlarında problemləri həll edə bilməyən cütlük münasibətə son qoymaq qərarına gəlib.

Qeyd edək ki, Beren Saat ilə Kənan Doğulu 2014-cü il iyulun 29-da Los-Ancelesdə nikah masasına oturmuşdu.

Facebook Comments