Bərdədə ölənlərin sayı 20-yə çatdı – YENİLƏNDİ

Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdədə həlak olanların sayının artdığını bildirib. O, 20 nəfərin öldüyünü, 40 nəfərin isə yaralandığını qeyd edib.

***

Baş Prokurorluğun Mətbuat xidməti Bərdənin növbəti dəfə Ermənistan tərəfindən vurulması ilə bağlı məlumat yayıb.

Sozcu.az-ın xəbər verir ki, məlumata görə həlak olanların sayı 19-a çatıb, 60-a yaxın şəxs isə yaralanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Facebook Comments