Bərbərxana və gözəllik salonlarının açılacağı vaxt bəlli oldu – AÇIQLAMA

“Karantin rejiminin yimşaldılması, hansı obyektlərin fəaliyyətə başlaması araşdırmalar, hesablamalar, təhlükələr nəzərə alınmaqla həyata keçirilir. Əgər ilk etapda bərbərxana və salonlar açılmayıbsa, deməli təhlükə ola biləcəyi ehtimalındandır”.

Sozcu.az-ın xəbərinə görə, bunu respublikanın baş infeksionisti Cəlal İsayev karantin rejiminin yumşalması ilə bağlı fikirlərini bölüşərkən deyib.

C.İsayev qeyd edib ki, bərbərxana və qadın salonların açılması növbəti etapda müşahidə edilə bilər:

“Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar, olmasaydı, açardılar”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.Modern.az

Facebook Comments