“Benzinin qiymətinin 10 qəpik aşağı salınması uşaq ağlı aldatmaqdır”

“Neft su qiymətinədir. Azərbaycanda isə neft 100 ABŞ dollarında olan qiymətlər hələ də dəyişməyib. Bu günlərdə Aİ 95 markalı benzinin qiymətinin 10 qəpik aşağı salınması isə uşaq ağlı aldatmaqdır”.

Sozcu.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Hamımıza bəllidir ki, Aİ 95, 98 benzinindən ölkənin az bir hissəsi, mütləq əksəriyyət isə Aİ 92 benzini və dizeldən istifadə edir. Birinci qrupdan fərqli olaraq ikinci qrup insanlar bu günlərdə həqiqətən benzin pulu sıxıntısı yaşayırlar. Təcili olaraq bütün neftə bağlı olan qiymətlərinin düşməsi həm ədalətli, həm də iqtisadiyyatın bu ağır dönəmində çox faydalı olardı. Nəzərə alsaq ki, dünyada qida məhsullarının çatışmazlığı gözlənilir bu addım əkin-biçin vaxtının qaynar məqamında labüddür. Ölkənin bu ağır iqtisadi durumdan çıxmasının birinci yolu isə kənd təsərrüfatının canlanmasıdır. Ona görə də Nazirlər Kabinetinin bu barədə qərar verilməsində gecikməsi yolverilməzdir” – A.İsmayılov qeyd edib.

Facebook Comments