Benzin daşıyan maşın aşdı: onlarla insan öldü, 100 ev yandı

Nigeriyanın Oşiqbudu şəhərində benzin daşıyan maşının aşmasından dolayı baş verən partlayış nəticəsində onlarla insan ölüb, 100-dən çox ev isə yanıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Vanquard” nəşri məlumat yayıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Ölənlərin dəqiq sayı araşdırmalardan sonra bəlli olacaq.

İlkin məlumata görə, sürücü bilinməyən səbəbdən yol kəsişməsində idarəetməni itirib və nəticədə məlum insident baş verib.

Facebook Comments