Benzema ÇL-da Roberto Karlosu keçdi

Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la ilk oyun “Real”ın futbolçusu Serxio Ramos üçün əlamətdar olub.

Sozcu.az xəbər verir ki, 33 yaşlı hücumçu matçda iştirak etməklə Madrid təmsilçisinin heyətində bu turnirdə 108-ci görüşünü keçirib. Belə nəticə ilə o, Roberto Karlosu geridə qoyub və “kral klubu”nun Çempionlar Liqasında ən çox oyun keçirən 4-cü futbolçusu olub. Bu göstəricidə lider İker Kasilyasdır (150 oyun). Raul Qonzales ikinci (130), Serxio Ramos isə üçüncüdür (128).

Qeyd edək ki, “Real” “Liverpul” qarşılaşması ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Facebook Comments