“Belə etdiyimə görə anam məni döyürdü”

Türkiyəli aktrisa Hülya Koçyiğit maraqlı açıqlamaları ilə diqqət çəkib.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, aktrisa illərdir səhnədə olmasına baxmayaraq, hələ də teatrda və çəkiliş meydanında ilk günkü qədər həyəcanlandığını bildirib:

“Səhnədə tamaşaçıları gördüyüm an hər şeyi unuduram. Lakin çıxana qədər həyəcandan əlim əsir”.

O, uşaqikən bir operanı izlədikdən sonra aktrisa olmaq qərarına gəlib:

“O, operanı izlədikdən sonra aktrisa olmaq istədim. Məhəlləmizdəki uşaqları çağırıb anamın tikdiyi pərdələrlə oyun oynayırdıq .Onlara müəyyən rollar verirdim. Sonra o pərdələri büküb yerinə qoyurdum. Belə etdiyimə görə anam məni döyürdü”.

Facebook Comments