Belçikada əhali ayağa qalxdı: Kral daşa tutuldu – Video

Belçikanın paytaxtı Brüsseldə Afrika əsilli gəncin polis şöbəsində ölümündən sonra əhali küçələrə axışaraq etiraza qalxıb.

Sozcu.az xəbər verir ki, qəzəbli kütlə polis mərkəzinin girişini yandırıb.

Polisin müdaxiləsindən sonra etirazçılar ətraf küçələrə dağılıb. Bəzi etirazçılar digər obyektlərdə də yanğınlar törədib.

Bu zaman təsadüfən yaxınlıqdan keçən kral Filippin maşını da daşa tutulub. Sürücü dərhal avtomobili hadisə yerindən uzaqlaşdırıb.

Qarşıdurmalar zamanı yaralananların da olduğu deyilir.

Qeyd edək ki, Afrika əsilli 23 yaşlı gənc İbrahim Barrie Brüsseldə polis şöbəsində müəmmalı şəkildə ölüb.axar.az

Facebook Comments