Belarusiya jürisi “Eurovision”dan qovuldu

Hazırda finalı baş tutan “Eurovision” mahnı müsabiqəsində qalmaqal yaşanıb.

Sozcu.az xəbər verir ki, Avropa Yayım İttifaqı Belarusiya jürisini yarışmadan qovduğunu açıqlayıb:

“Belarusiya jürisi mediaya açıqlamasında hansı ölkəyə neçə xal verdiklərini açıqlayıblar. Bu isə yarışmanın qanunları ilə üst-üstə düşmür. Ona görə də Belarusiyanın münsiflər heyyəti finalda olmayacaq. Onları xalları kimə verməsi isə sms səsverməsinə görə bəlli olacaq”.

Qeyd edək ki, Belarusiyanı müsabiqədə “Like it” mahnısı ilə Zena təmsil edir.(Axşam.az)