Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib.

Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, rəsmi səfər Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə baş tutub.

Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün görüşlər keçirəcək.