“Belə tibb məntəqələri ilə tibbi sığorta sisteminə keçməyi düşünürsüz?!” -MÜRACİƏT

Tanınmış hüquqşünas və ictimai fəal Aslan İsmayılov Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən tibb məntəqəsinin şəkilini yayaraq, “belə tibb məntəqələri ilə tibbi sığorta sisteminə keçməyi düşünürsüz?” yazıb, Prezident Administrasiyasına və Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

Sozcu.az həmin müraciəti təqdim edir:

Prezident Administrasiyasına!
Səhiyyə naziri Oqtay Şirəliyevə!

Baxın, belə tibb məntəqələri ilə tibbi sığorta sisteminə keçməyi düşünürsüz?! Budur sizin islahat?!

4 minə yaxın əhalisi olan Ağstafa rayonunun Sadıxlı kəndinin tibb məntəqəsinin vəziyyətinə baxın. 15 ildir qapısına qıfıl vurubsunuz. Görəsən bu tibb məntəqəsinin olmayan işçilərinə, təmirinə ayrılan neçə yüz minləri yeyibsibniz?! Əvəzində bu kənddə doğulan uşaqların ən azı yarısı xəstədir. Əminəm ki, ölkəmizin kəndlərinin böyük əksəriyyəti bu durumdadır. Bu da sizin fəaliyyətinizin nəticəsidir.

Baxın və utanın, əgər sizdə utanan üz varsa!

Paylaşın ki, analoqu olmayan inkişafdan danışanlar görsünlər.

Facebook Comments