Bələdiyyə seçkilərinə mütləq qatılacağıq – Natiq Cəfərli

“Facebook” sosial şəbəkəsindəki səhifəsində Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa çağırıb.

Qeyd edək ki, bir neçə gündür ölkədə bələdiyyə seçkilərinə start verilib. Dekabr ayının 23-də keçiriləcək səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi seçiləcək.

ReAL partiyasının rəmisi Natiq Cəfərli Bizimyol.info-ya bildirib ki, siyasi partiya olaraq seçkilərdə iştirakdan imtina etməyiblər.

“Bizim bələdiyyə seçkilərinə qatılmamaq kimi bir qərarımız yoxdur. Mütləq qatılacağıq.

Müxtəlif formalarda və yanaşma ilə bələdiyyə seçkilərində aktiv rol almağa çalışacağıq.

Namizədlərimiz olacaq.

Bələdiyyə seçkilərində iştirak edərək mübarizəyə qoşulmağa hazır olan üzvlərimizə müraciət etmişik”,-deyə N.Cəfərli bildirib.

O, deyib ki ReAL-ın bələdiyyə seçkilərində əsas kompaniyası böyük şəhərlərdə mer institutunun seçkilər əsasında qurulmasını təbliğ etmək olacaq.

Sozcu.az

Facebook Comments