Bayraqdar Elman Türkoğlu xəstəxanaya yerləşdirilib – FOTO

Milli Azadlıq Hərəkatının fəallarından olan Bayraqdar Elman Türkoğlu ürəyində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirilib.

Səhhəti barədə Sozcu.az saytına məlumat verən Elman Türkoğlu bildirib ki, övladı dünyasını dəyişdikdən sonra, ürəyində ağrılar başlayıb. Maddi durumu imkan vermədiyi üçün vaxtında müalicə ala bilməyib.

Bayraqdar bidirib ki, Yasamal rayonunda yaşadığı yataqxanada məskunlaşan məcburi köçkünlər mənzillə təmin olunmağa başlasalar da, həmin yataqxanada yaşayan və məcbiri köçkün olmayan bir neçə ailə, o cümlədən Elman Türkoğlunun ailəsi mənzillə təmin edilməyəcək.

Yataqxananın söküləcəyi təqdirdə yaşamağa evlərinin olmayacağını deyən Bayraqdar, bu acınacaqlı durumun da, onun səhhətinə təsir etdiyini bildirib. Elman Türkoğlu qeyd edib ki, hazırda maddi durumu da yaxşı deyil.