Bayraqdar: “Akıncı” bu qabiliyyətə sahibdir

“Akıncı” PUA-ları hava hücumunu dəf etmək qabiliyyətinə malikdir.

Sozcu.az xəbər verir ki, bunu “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, 6 ədəd “Akıncı” PUA Türkiyə ordusunun arsenalına daxil ediləcək:

“Bu PUA-lar 1350 kiloqram ağırlığında yük daşıma qabiliyyətinə malikdir. Bildiyiniz kimi, “Bayraqdar TB2” Aralıq dənizinin şərq hissəsində və Egey dənizində qazma işləri aparan türk gəmilərini qoruyur. Hazırda kəşfiyyat xarakterli vəzifələri icra edirlər. Ancaq ehtiyac yaranarsa, “Akıncı” lazım olan yükləri daşıyaraq dəniz üzərindəki hədəflərə hücum edə bilər”.

Facebook Comments