Bayden: Çinə təzyiq göstərəcəm

Prezident seçkisində qələbə qazansam, Dalay Lama ilə şəxsən görüşüb, Tibet üzrə xüsusi koordinator təyin edəcəm. Amerikalı diplomatların Tibetə daxil ola bilmələri üçün Çinə təzyiq göstərəcəm.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Demokratlar Partiyasının prezidentliyə namizədi Co Bayden deyib.

“Müttəfiqlərimizlə təzyiq göstərərək insan haqlarına hörmət və mədəniyyətin qorunması barədə razılaşmalar əldə etmək üçün rəsmi Pekini Tibet nümayəndələri ilə birbaşa dialoqa çağıracam”, – Co Bayden qeyd edib.

Facebook Comments