“Bavariya”nın futbolçusu rəsmən “Lill”də

“Bavariya” futbolçusu Renatu Sanşeşi “Lill”ə satıb.

Sozcu.az-ın Fransa klubunun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“L’Équipe” nəşri bu transferdən “Bavariya”nın 20 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, R.Sanşes ötən mövsüm Bundesliqada 17 matçda oynayıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.(Qol.az)