“Bavariya” futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalayıb.
Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, R.Levandovski 2014-cü ilin yayından Münhen təmsilçisində oynayır. O, bu mövsüm Bundesliqada 2 matçda 5 qol vurub.(Qol.az)
Facebook Comments