“Batainfo.com” saytına yenə problem yaradıldı

Bastinfo.com saytına növbəti problem yaradılıb. Saytın xəbərlərin paylaşmaq, hətta feysbukda adını yazmaq mümkün deyil.

Sozcu.az xəbər verir ki, bu haqda Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli yazaraq məlumat verib:

“Facebook`da nəinki bizim saytda dərc olunan yazıları paylaşmaq, hətta bizim saytın adını yazmaq artıq mümkün deyil.

Özünüz yoxlayın, görün, bizim saytın adını öz feysbuk səhifənizə, yaxud hətta başqasının səhifəsinə bir şərh olaraq yaza bilirsizmi? Görün hansı bildiriş gələcək.

Heç mesencerdə də saytın adını yazmaq mümkün deyil.

Blok edildi.

Bunu troll fabrikinin şikayətləri hesabına, yoxsa birbaşa facebook rəhbərliyinə rüşvət vermək hesabına etdiklərini deyə bilmərəm.

Saytı Baş prokrorluğun təqdimatı ilə blokladıqlarından sonra hakerlər və trollar bizdən əl çəkmişdilər. Amma sonra Basta2….-u işə saldıq (nöqtələri ona görə yazdım ki, tam yazsam dərc edilmir). İndi yeni növ hücuma məruz qalmışıq.

Bu, söz azadlığına növbəti qəsddir. Bizi prokurorluq və məhkəmə vasitəsilə susdura bilmədikləri üçün bu yollara əl atırlar.

Bütün oxucuları bizim məlumatları birbaşa saytdan oxumağa çağırırıq. Həmkarlarımızı bu problemi işıqlandırmağa çağırırıq. Bu sahə üzrə mütəxəssislərdən konsultasiya istəyirik”.

Facebook Comments