Baş Prokurorluq Hacı Muradın qalıqlarının yoxa çıxmasını araşdırmayacaq

Baş Prokurorluq Hacı Muradın qalıqlarının yoxa çıxması faktı üzrə araşdırma aparmır.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Hacı Muradın qalıqları ilə bağlı Baş Prokurorluğa və Qax Rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb.

Xatırladaq ki, dünən Rusiya KİV-ləri Hacı Murada aidiyyatı güman edilən qalıqların onun vətənində – Dağıstanın Xunzax rayonunda dəfn edilməsi barədə məlumat yaymışdı.

Sozcu.az