Baş nazir Trampın sözünü yerə saldı: Buraxa bilmərik

İsveç məhkəmə sistemi bazarlığa açıq deyil.

Sozcu.az xəbər verir ki, bunu İsveç Baş naziri Stefan Löfven ABŞ Prezidenti Donald Trampın ASAP Rokinin azadlığa buraxılması barədə istəyini şərh edərkən bildirib.

“İsveçdə müstəqil məhkəmə sistemi var. Kimin axtardığı və atılan tvitin bir əhəmiyyəti yoxdur. Həmçinin bu məsələdə Tramp ilə dialoq qurmaq üçün bir səbəbim də yoxdur”, – Löfven qeyd edib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp İsveçin paytaxtı Stokholmda saxlanılan repçi ASAP Rokinin azadlığa buraxılması üçün bu ölkənin Baş naziri Stefan Löfvenə zəng edib.