Baş məşqçi həmkarının burnunu sındırdı – İngiltərədə qalmaqal

İngiltərə birinci liqasında mübarizə aparan “Flitvud” klubunun baş məşqçisi Coy Barton həmkarının burnunu sındırıb.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə çempionatın 42-ci turunun “Barnsli” ilə səfər oyunundan sonra baş verib. 2:4 hesablı məğlubiyyəti həzm edə bilməyən qonaq komandanın çalışdırıcısı bunun heyfini “Barnsli”nin baş məşqçisi Daniel Ştendeldən çıxıb. Tərəflər əvvəlcə mübahisə ediblər, daha sonra isə Barton yumruq zərbəsi ilə rəqib məşqçinin burnunu qırıb.

“Flitvud” klubunun rəsmiləri baş məşqçini stadiondan çıxarmağa çalışsalar da, hadisə yerinə gələn polislər onu saxlayıblar. Artıq məsələylə bağlı istintaq işi başlayıb.(Qol.az)