“Barselona”ya keçidim alınmasa…” – Neymardan yeni açıqlama

PSJ-nin futbolçusu Neymar gələcəyi barədə növbəti açıqlama verib.

Sozcu.az xəbər verir ki, Fransa mətbuatına danışan braziliyalı hücumçu “Barselona”ya keçmək istədiyini bir daha bildirib. O, PSJ-nin hazırlığına qatılmamasına da aydınlıq gəririb:

“Doğrudur, PSJ-dən ayrılmaq istəyirəm. Bu barədə klub rəhbərliyinə fikrimi bildirmişəm. Rioda işlərim olduğu üçün komandamın hazırlığına qatılmıram.

PSJ onlara sərf edən şərlə başqa klublarla danışıq aparmağıma icazə verib. Əgər “Barselona”ya keçidim alınmasa, qürurla PSJ-nin şərəfini qorumağa davam edəcəm”.

Qeyd edək ki, PSJ ilə 2022-ci ilə qədər müqaviləsi olan Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan Paris klubuna keçib.(Qol.az)