“Barselona”nın satmaq istədiyi 5 futbolçu

“Barselona” klubu maliyyə məsələlərini qaydasına salmaq üçün 2020-ci il iyunun 30-na qədər 124 milyon avroluq futbolçu satmalıdır.

Sozcu.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona” rəhbərliyinin satış siyahısı hazırladığı və bu siyahıda yer alan futbolçuların menecerlərinin vəziyyətlə bağlı məlumatlandırıldığı bildirilir.

“Barselona” İvan Rakitiç, Arturo Vidal, Samuel Umtiti, Karles Peres və Mussa Vaqeni satmaq niyyətindədir. Kataloniya təmsilçisi bu 5 futbolçunun satışından 124 milyon avro gəlir əldə etməyi planlaşdırır.(Komanda.az)

Facebook Comments