“Barselona”nın istədiyi futbolçuya qiymət qoyuldu: 150 milyon avro

Napoli” Avropanın nəhəng klublarının da yaxından maraqlandığı futbolçusu Xalidu Kulibalinin transfer dəyərini müəyyənləşdirib.

Sozcu.az xəbər verir ki, 27 yaşlı müdafiəçini transfer etmək istəyən klub, ən azı 150 milyon avrosundan keçməlidir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Napoli”nin Kulibalini 150 milyondan aşağı qiymətə satmayacağı bildirilib.

Kulibalinin keçmiş meneceri Bruno Satin, İtaliya mətbuatına açıqlamasında, “Barselona”nın da oyunçunu bir neçə dəfə transfer etmək istədiyini deyib:

“Barselona” onu bir neçə dəfə istədi. Hər komandada oynaya biləcək futbolçudur. Ancaq hazırda “Napoli”də xoşbəxt olduğunu bilirəm”.

“Napoli” ilə 2023-cü ilə qədər müqaviləsi olan Kulibali, bu mövsüm 37 qarşılaşmada iştirak edib. Kulibalinin adı İngiltərənin “Mançester Yunayted” klubu ilə də hallanır.(Komanda.az)

Facebook Comments