“Barselona”dan Messiyə yeni müqavilə

“Barselona” kapitanı Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Sozcu.az-ın ESPN nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu argentinalı superulduzun 2021-ci ilin yayında başa çatacaq sözləşməsinin müddətini daha 2 il uzatmaq niyyətindədir.

Klub prezidenti Xosep Bartomeunun yaxın günlərdə müqavilənin detallarını müzakirə etmək üçün futbolçunun atası Xorxe Messi ilə bir araya gələcəyi iddia olunur.

Qeyd edək ki, Messi “Barselona” ilə ilk peşəkar müqaviləsini 2004-cü ildə bağlayıb.(Qol.az)