“Barselona”dan ÇL-də yeni rekord

“Barselona” futbol üzrə UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Sozcu.az xəbər verir ki, Kataloniya təmsilçisi ötən gecə doğma meydanda “Mançester Yunayted”ə 3:0 hesabıyla qalib gəlib.

Lionel Messi və komanda yoldaşları bununla da qitənin ən nüfuzlu klub turnirində doğma meydanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıblar. Bu isə ÇL-də rekord göstəricidi.

Xatırladaq ki, “Barselona” ÇL-də sonuncu ev məğlubiyyətini 2013-cü ilin sentyabr ayında alıb.(Komanda.az)