“Barselona” rəsmiləri Xavi ilə görüşdü

“Barselona” sabiq futbolçusu Xavini baş məşqçisi kimi kluba qaytara bilər.

Sozcu.az xəbər verir ki, bu haqda “Mundo Deportivo” nəşri məlumat yayıb. “Barselona”nın baş direktoru Oskar Qrau və idman direktoru Erik Abidalın bu gün Dohada 39 yaşlı mütəxəssislə görüşdüyü və bu məsələni müzakirə etdiyi bildirilib.

Qeyd edək ki, 1998-2015-ci illərdə “Barselona”da oynayan Xavi hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisidir.

Bugünlər İspaniya mətbuat “Barselona”nın hazırkı baş məşqçisi Ernesto Valverdenin istefaya göndərilə biləcəyi yazır.(Qol.az)

Facebook Comments