“Barselona”nın futbolçuları məşqçidən narazıdırlar

“Barselona”nın futbolçuları komandanın baş məşqçisi Kike Setyenin köməkçisi Eder Sarabianın La Liqanın 26-cı turunda “Real”la oyundakı (0:2) hərəkətlərindən narazıdırlar.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, oyunçular hesab edir ki, bir məşqçi skamyada şiddətli və emosional reaksiyalar göstərərək komandaya rəhbərlik etməməlidir.

Qeyd edək ki, E.Sarabianın “El Klassiko”da Antuan Qrizmanna qarşı sərt ifadələr səsləndirdiyi bildirilir.(Qol.az)

Facebook Comments