“Barselona”nın bütün problemlərinin səbəbkarı olmaqdan bezdim” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi jurnalistin verdiyi suala əsəbiləşib.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu, Argentina millisinin oyunçusunun yığmanın düşərgəsindən Kataloniyaya döndüyü vaxt baş verib. 32 yaşlı hücumçunu hava limanında qarşılayan jurnalistlər əvvəlcə ondan sağlamlığı və əhvalı haqda soruşub. Sonra jurnalistlərdən biri Messiyə “Barselona”dakı komanda yoldaşı Antuan Qrizmann haqda sual verib. Lioneldən fransalı oyunçunun kluba zəif uyğunlaşmasının səbəbkarı olması barədə söylənilən fikirləri şərh etmək istənilib.

Messi bu suala əsəbiləşib və daha sonra deyib: “Barselona”nın bütün problemlərində məni nə qədər günahlandıra bilərsiniz? Bundan bezdim”.

Qeyd edək ki, Qrizmannın agenti Erik Olats oyunçunun “Barselona”ya zəif uyğunlmasında Messini ittiham edib.

Facebook Comments