“Barselona” maaşları azaltdı – Rəsmi

“Barselona” futbolçu və işçilərinin maaşını azaltmaq qərarı verib.

Sozcu.az xəbər verir ki, bu haqda klubun rəsmi saytının yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, klub koronavirus pandemiyasına görə fəaliyyətini dayandırdığından bu addımı atmaq məcburiyyətində qalıb.

Bundan başqa, “Barselona” koronavirusla mübarizə çərçivəsində bir neçə işlər həyata keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, rəsmi açıqlamada maaşların nə qədər azaldılacağı bildirilməyib. İspaniya mətbuatının daha öncə yaydığı xəbərə görə, klub maaşı 70 faiz azaltmağı nəzərdə tutub. Bu qədər tutulmanı isə bəzi oyunçular qəbul etməyib.qol.az

Facebook Comments