“Barselona”da şok itki – 4 ay oynamayacaq

“Barselona” ciddi itki ilə üzləşib.

Sozcu.az xəbər verir ki, komandanın əsas hücumçularından olan Luis Suares bu gün dizindən əməliyyat olunub. Klubun rəsmi saytı uruqvaylı forvardın 4 ay meydana çıxa bilməyəcəyini açıqlayıb.

32 yaşlı futbolçu ötən mövsümün sonunda da dizindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, Suares bu mövsüm Kataloniya klubunun heyətində 23 matçda 14 qol vurub, 11 qolun ötürməsini verib.(Qol.az)

Facebook Comments