“Barselona”da oynamaq asan deyil” – Qrizmann

“Barselona”da sərgilədiyi oyuna görə tənqid olunan Antuan Qrizmann açıqlama verib.

Sozcu.az xəbər verir ki, Fransa mətbuatına danışan Qrizmann, Kataloniya təmsilçisinə uyğunlaşmağa çalışdığını deyib:

“Mənim üçün mərkəzə yaxın oynamaq daha yaxşıdır. “Atletiko”da bu mövqedə oynamışam. İndi sol cinahdayam və buna uyğunlaşmağa çalışıram.

Bura gələrkən çətin olacağını bilirdim. “Barselona”da oynamaq asan deyil. Çox şey öyrənirəm və daha da yaxşı olacam”.

Bu mövsüm “Barselona” ilə 15 oyuna çıxan Qrizmann, 4 qol vurub.(Komanda.az)