“Barselona” çempion!

İspaniya La Liqasında 35-ci tura start verilib.

Sozcu.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Açılış oyununda “Atletik” “Alaves”lə qarşılaşıb. Bu görüş heç-heçə yekunlaşıb. “Atletiko” isə öz meydanında “Valyadolid”i sınağa çəkib və minimal hesabla qalib gəlib.

Lider “Barselona” “Levante” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu qarşılaşmada qələbə qazanacağı təqdirdə, sonra 3 tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Lionel Messinin vurduğu qol matçda yeganə olub və meydan sahibləri çempionluğu təmin ediblər.

“Real” isə səfərdə “Rayo Valyekano”nu sınağa çəkəcək.

İspaniya La Liqası, 35-ci tur

27 aprel

Atletik – Alaves 1:1
Qol: Etçebarriya, 41 – Baston, 45.

Atletiko – Valyadolid 1:0
Qol: X.Fernandes, 66-öz qapısına.

Leqanes – Selta 0:0

Barselona – Levante 1:0
Qol: Messi, 62.

28 aprel

14:00 Valensiya – Eybar
16:00 Jirona – Sevilya
18:15 Real Sosyedad – Xetafe
20:30 Vilyarreal – Hueska
22:45 Rayo Valyekano – Real

29 aprel

23:00 Betis – Espanyol (Komanda.az)