BAO Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilib

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Nəzarət-Təftiş Komissiyasının iclası keçirilib. İclasda Seymur Mürsəl MNTK-nın sədri seçilib.

Xatırladaq ki, Bütöv Azərbaycan Ocaqlarının (BAO) 31 yanvar 2021-ci il tarixində keçirilən Qurultay səlahiyyətli Ümumi Yığıncağında təşkilatın üzvləri Yusif Baba, Seymur Mürsəl, Saday Quliyev, Tural İsabəyli və Kənan Hüseynzadə BAO Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvü seçiliblər.

BAO İnformasiya Xidməti.

Facebook Comments