BAO Güney Azərbaycanda baş verənlərlə bağlı toplantı etdi

Azərbaycanın Güneyində baş verən olaylarla bağlı bu gün Bütöv Azərbaycan Ocaqları təcili, qapalı toplantı çağırdı.

Sozcu.az xəbər verir ki, toplantıda İran adlanan ölkənin bir çox şəhərlərində, o cümlədən Azərbaycanın Güney şəhərlərində keçirilən kütləvi etirazlar təşkilata müxtəlif etibarlı mənbələrdən daxil olmuş informasiyalar əsasında ciddi müzakirə olundu.

Etirazların baş vermə səbəbləri, mövcud durum və atılacaq addımlar müzakirə olundu…
Mövcud durumdan asılı olmayaraq hər zaman soydaşlarımızın haqq savaşında əldən gələn dəstəyin Təşkilat olaraq əsirgənməməsi qərara alındı. Atılacaq addımlar müəyyənləşdi.

Qeyd edək ki, soydaşlarımız Azərbaycanın ümumi mənafei naminə artıq bir-neçə gündür meydanlarda haqq səslərini ucaldır. Mövcud rejimə qarşı aparılan mübarizə artıq öz yerini Azadlıq uğrunda olan mübarizəyə verməkdədir. Soydaşlarımız, qatıldıqları etiraz aksiyalarında əsas yoldan sapmayaraq, kənar təsirlərə uymadan düşünülmüş şəkildə şüarlar səsləndirirlər:

Azərbaycanın Güneyinin şəhər və kəndlərində əsasən aşağıda qeyd olunan türkcə şüarlar dilə gətirilir.

* Azərbaycan işləsin – Lübnan (Livan), İraq xərcləsin!
* Azərbaycan işləsin – Fars, erməni xərcləsin!
* Azərbaycan milləti – Çəkməz bu zilləti
* Azərbaycan oyaqdı – millətinə dayaqdı
* Azərbaycan talandı – millət oyan amandı
* Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq
* Azərbaycan əyilməz – Türkün beli bükülməz
* Azərbaycan, müstəqil; olmalıdır- olmalı
* Bizim düşmən burdadır – yalandır Amerikadır
* Nə sağçıyam, nə solçu – millətçiyəm millətçi
* Yaşasın Azərbaycan
* Azərbaycan var olsun – istəməyən kor olsun.

Son olaraq təəssüf ilə bildirmək istəyirik ki, artıq Güneydə əsl qırğın yaşanır…
Soydaşlarımıza qarşı silahlı müdaxilələr olunmuş nəticədə təxminən 200 Soydaşımız həlak olmuş, 3000-ə yaxın insan isə yaralanmışdır. Tutulanların sayı-hesabı isə hələ məlum deyil

Facebook Comments