Baltikyanı ölkələrin mediası: Azərbaycanın 10 minlik ordusu…

Baltikyanı ölkələrin aparıcı xəbər agentlikləri və portalları Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərindən yazıb.

Sozcu.az xəbər verir ki, əsasən Röyters agentliyinə istinadən yayılan xəbərlərdə təlimlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki ölkə liderlərinin görüşü ərəfəsində keçirilməsinin Ermənistan rəhbərliyini narahat etdiyi bildirilib.

Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, onun “müstəqilliyi”nin heç bir ölkə tərəfindən tanınmadığının qeyd olunduğu xəbərlərdə münaqişənin tarixi barədə oxuculara məlumat verilib. Həmçinin təlimlərin keçirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatı da əksini tapıb.

Qeyd edilib ki, düşmənin hücumlarının qarşısını almağa yönəlmiş təlimlərə 10 min nəfərlik şəxsi heyət, 500 tank və zirehli texnika, habelə 20 hərbi təyyarə cəlb olunub.(Axar.az)