Balotellini ağır cəza gözləyir – rəqibin burnunu qırıb

“Marsel”in futbolçusu Mario Balotelli 8 oyunluq cəzalandırıla bilər.

Sozcu.az xəbər verir ki, buna səbəb italiyalı hücumçunun Fransa Liqasının 31-ci turunda “Bordo” ilə görüşdə etdiyi kobudluqdur. O, epizodların birində rəqibin oyunçusu Pablo Nasimentoya dirsək zərbəsi vurub. Nəticədə braziliyalı futbolçunun burnu qırılıb.

Hakim baş verənləri görmədiyindən Balotelli cəzasız qalıb. Lakin daha sonra epizodun şəkilləri yayılıb və İntizam Komitəsi araşdırmaya başlayıb. Balotellinin 5-8 oyun cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Balotelli bu mövsüm 21 oyuna 7 qol vurub.(Qol.az)