Bal, yumurta və limon… – 6 MÖCÜZƏVİ QARIŞIM

Bəzən elə olur ki, enerjimiz iş gününün sonuna qədər yetmir. Özümüzü çox gücsüz, yorğun, əzgin hiss edirik.

Vaxt və güc – bizim çoxumuza lazım olan məhz bu iki amildir.

Bu problemi əcdadlarımız müxtəlif ərzaqlardan hazırlanan köməyi ilə aradan qaldırırdılar.

Sizə itirdiyiniz gücünüzü bərpa etməyə kömək edəcək 7 qarışımın reseptini təqdim edirik:

1. 1 çay qaşığı balı 1 yumurta sarısı və azacıq limon və ya portağal suyu ilə qarışdırın. Alınan qarışımı yaxşı olardı ki, səhər yeməyindən əvvəl istifadə edəsiniz.

2. Bu meyvə qarışımı səhər yeməyi kimi yaxşı variantdır. Hazırlamaq üçün 5 ədəd qara gavalı qurusu, hərəsindən 3 ədəd olmaqla ərik və əncir qurusu, 2 dilim limon, 2 ədəd alma və 2 xörək qaşığı kişmiş tələb olunur. Meyvələrin üzərini tam örtənə kimi su əlavə edin. Daha sonra vam xodda 5-10 dəqiqə qaynadın. Hazır olduqdan sonra süzərək səhərlə 1 x/q için.

3. Limonu 1-2 dəqiqəlik suya qoyun. Daha sonra qabıqlı şəkildə ət maşınından keçirin. Azacıq kərə yağı və 1,5 x/q bal əlavə edin. Bircinsli kütlə alınana qədər qarışdırın. Bu qarışımı çayla da içə bilərsiniz.

4. Əvvəlcə bir stəkan yulafı 5 stəkan suda qatı kisel halına gələnə kimi bişirin. Eyni miqdarda süd əlavə edərək soyudun. Daha sonra 5 x/q bal əlavə edin və bircinsli məhlul alınana qədər qarışdırın. Alınan qarışımı gündə 3 dəfə yarım stəkan olmaqla için.

5. Yulafın üzərinə 3/1-i qədər qaynar su əlavə edərək, 1 sutka otaq temperaturunda saxlayın. Daha sonra artıq mayeni süzərək soyuducuya qoyun. Hər yeməkdən əvvəl stəkanın 4/1-i qədər gündə ən az 3 dəfə olmaqla qəbul edin.

6. Buğda, arpa, yulafı bərabər miqdarda qarışdırın. Onları üyüdərək un hazırlayın. Bərabər miqdarda su əlavə edin. 2 saat saxlayın və süzün. Alınan qarışımı yaxşısı budur ki, balla içəsiniz. Bu içki həm gücün bərpa olunmasında, həm də qan azlığında kömək olur.(hurriyyet.org)

Sozcu.az