Bakıya məcburi eniş edən təyyarə sabah ölkəsinə yollanacaq

Bu gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən araşdırılır: “Bütün sərnişinlər mehmanxanalara yerləşdiriləcək. Onlar martın 12-si saat 10:00-da həmin təyyarə ilə Moskvaya yola düşəcəklər”.

Qeyd edək ki, Rusiya şirkətinə məxsus “Airbus A321” tipli təyyarə Bəhreyndən Moskvaya reys yerinə yetirərkən göyərtəsində bomba olması ehtimalına görə Bakıda təcili eniş etmişdi. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 225 nəfər olub.