Bakının bir hissəsində niyə qaz yoxdur?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Bakının Sabunçu, Nizami və Xətai rayonlarının təbii qazla təchizatında yaranmış fasiləyə aydınlıq gətirib.
Sozcu.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev bildirib ki, bu gecə saat 01:00 radələrindən Qaradağ-Digah magsitral qaz kəmərində qəza baş verib.
“Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarından yekunlaşıb, amma təhlükəsizlik baxımından “mavi yanacağ”ın təzyiqi dərhal artırılmayıb. Bu prosesə səhər saatlarından start verilib”, – deyə o, qeyd edib. (Strateq.az)