“Bakıda, Şəkidə seçki qutularını doldurmağa nə var ki…”

“Xalqın vəkili seçilənlər Azərbaycan torpağından bu “seçki” qutularını yığışdırmalıdırlar…”

Xəbər verildiyi kimi, Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim fevralın 26-da – Xocalı soyqırımı günü təbliğat kampaniyalarına başlamağı, martın 31-də – Azərbaycanlıların Soyqırımı günü isə bilavasitə “prezident” və “parlament” “seçki”ləri keçirməyi qət ediblər.

Sozcu.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, separatçılar “prezident”liyə 14 namizəd, “parlament”ə isə 10 partiya və 2 blokdan namizədlər irəli sürüblər.
Sosial şəbəkələrin erməni seqmentində isə fotoda gördüyünüz üzərində qondarma rejimin üzdəniraq əski parçasının əksi olan qutu şəkli paylaşılıb…

P.S. 9 fevralda Azərbaycan Milli Məclisinin deputatı adını, xalqın vəkili adını qazanmağa nail olanların, xüsusən torpağı işğal altında olan rayonların deputatlarının xalq, dövlətçilik qarşısında bir borcu da bu üzdəniraq əski parçasının əksi olan qutunu torpaqlarımızdan yığışdırmaqdır… Bakıda, Şəkidə seçki qutularını doldurmağa nə var ki…(Moderator.az)

Facebook Comments