Bakıda restoran yandı

Bakıda yanğın olub.

FHN-dən Sozcu.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 360 m² olan restoranın 1 otağında 20 m² sahədə 6 ədəd stul və 1 ədəd masa yanıb. Yüksək temperaturdan otağın tavan 20 m² sahədə qarsalanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü.